II Avropa Oyunları öncəsi Minskdə Azərbaycan günü keçirilib

II Avropa Oyunları öncəsi Minskdə Azərbaycan günü keçirilib Belarusun paytaxtı Minskdə II Avropa Oyunları öncəsi Azərbaycan günü keçirilib.
Avropa Oyunları
129
21 İyun , 2019 01:30
II Avropa Oyunları öncəsi Minskdə Azərbaycan günü keçirilib

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları öncəsi Azərbaycan günü keçirilib.

"Report"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, mərasimdə Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin rəsmiləri, eləcə də paytaxt sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları milli mətbəxin təamlarından dadıblar, Azərbaycan mədəniyyətini əks etdirən guşə ilə tanış olublar.

Tədbir zamanı II Avropa Oyunlarının səfiri, əməkdar artist Tünzalə Ağayeva səhnəyə çıxıb. O, sevilən mahnılarını ifa edərək, tamaşaçıları əyləndirib. Sonda yerli sakinlərlə birgə "Yallı" rəqsi ifa olunub.

Qeyd edək ki, "Minsk 2019" II Avropa Oyunları bu gün start götürəcək.

Son xəbərlər

Orphus sistemi