Yuxarı

İtaliyada "Bakı 2015"in təqdimat mərasimi keçiriləcək

Gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir

Bakı. 4 mart. REPORT.AZ/ İtaliyanın Roma şəhərində Bakı 2015 Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov həmin ölkədə rəsmi səfərdədir. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bu gün Romanın "Galleria nazionale d'arte moderna"-da (Müasir İncəsənət Milli Qalereyası) baş tutacaq tədbirdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey, İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malagò, İtaliyanın təhsil naziri Stefania Giannini və digər rəsmilər iştirak edəcək.

"Bakı 2015" Avropa Oyunlarının təqdimatı çərçivəsində 300-ə yaxın qonaq ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə tanış ola biləcəklər.

Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi