Yuxarı

​İtaliya MOK rəhbəri: "AOK və "Bakı-2015" Oyunları Təşkilat Komitəsinin işini yüksək qiymətləndirmək lazımdır"

İtaliya idmançılarının çıxışlarından məmnun qaldım

Bakı. 29 iyun. REPORT.AZ/ "Bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsi və "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin işini yüksək qiymətləndirmək lazımdır. Bu Oyunlar yay Olimpiya oyunları öncəsi yaxşı sınaq və məşq idi".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İtaliya Milli Olimpiya Komitəsinin rəhbəri Covanni Malaqa bildirib.

İtaliya Milli Olimpiya Komitəsinin rəhbəri ilk Avropa oyunlarında milli komandanın nəticələrindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, komandanın qazandığı uğurlar idman sahəsində İtaliyanın Avropanın aparıcı ölkələrdən biri kimi statusu təsdiqləyir.

C. Malaqo Bakıda keçirilən Oyunların 2016-cı ildə Rio-de-Janeyroda baş tutacaq Olimpiadaya hazırlıq baxımından əhəmiyyətli olduğunu da qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi