Yuxarı
    Bağlamaq

    İsveçrə "Bakı 2015"də ikinci qızıl medalını qazanıb

    Nicola Spirig triatlon yarışında birinci olub

    Bakı. 13 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında daha bir medal dəsti öz sahibini tapıb. "Report"un məlumatına görə, qadınlar arasında keçirilən triatlon yarışında İsveçrə idmançısı qızıl medal qazanıb.

    Nicola Spirig bütün rəqiblərini qabaqlayaraq müəyyən edilmiş məsafəni 2 saat 28 saniyəyı başa vurub. O, həm də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İkinci yeri 2 saat 1 dəqiqə 44 saniyə ilə Hollandiya idmançısı Rachel Klamer tutub. İlk üçlüyü 2 saat 1 dəqiqə 46 saniyə ilə isveçli Lisa Norden qapayıb.

    8 idmançı isə yarışdan kənarda qalıb. Mübarizəni axıradək başa vura bilməyən idmançılar arasında Türkiyə təmsilçisi İpek Öztosun da olub. Azərbaycan təmsilçisi Kseniya Levkovskaya üzgüçülük, velosipedsürmə və qaçış hərəkətlərinin cəmində 2 saat 5,47 saniyə nəticə ilə 17-ci yeri tutub. 

    Qeyd edək ki, Dağ velosipedi idmanı üzrə də qızıl medalın sahibi müəyyənləşib. İsveçrə yığma komandasının üzvü Jolanda Neff fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi