Yuxarı

​İsrail səfirinin müavini: ""Bakı- 2015" I Avropa Oyunlarının səviyyəsi olduqca yüksək idi"

Biz İsrail idmançılarının nəticələrindən razıyıq

Bakı. 10 iyul. REPORT.AZ/ ""Bakı-2015" ilk Avropa Oyunlarının səviyyəsi olduqca yüksək idi". Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfirinin müavini Ronen Kraus (Ronen Krausz) bildirib.

O deyib ki, Oyunların yüksək səviyyədə təşkil olunduğunu İsrail nümayəndə heyətinin üzvləri də təsdiqləyib.

R.Kraus qeyd edib ki, İsrail tarixində ən çoxsaylı idman nümayəndə heyətini məhz bu Oyunlara göndərib: "Hesab edirəm ki, nəticələr yaxşı oldu. Biz Oyunlarda 12 medal qazandıq və bu bizim üçün böyük uğurdur".

İkinci Avropa Oyunlarının İsraildə keçirilməsinin mümkünlüyü barədə danışan R.Kraus deyib ki, bu məsələ hələ gündəmdə deyil: "Biz indi idmançılarımızın Olimpiya Oyunlarına hazırlığı ilə məşğuluq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi