Yuxarı

​İsrail I Avropa oyunlarında geniş nümayəndə heyəti ilə təmsil olunacaq

Yarışlarda 142 idmançı iştirak edəcək

Bakı. 13 may. REPORT.AZ/ Bakıda keçiriləcək I Avropa oyunlarında İsraildən 142 idmançı iştirak edəcək.

"Report"  "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə İsrailin Olimpiya komitəsinin başçısı Gili Lustiq açıqlama verib.

Onun sözlərinə görə, bu nümayəndə heyəti idman yarışlarına yollanacaq ən çoxsaylı heyət olacaq.

G.Lustiq İsrail idmançılarının yüksək nailiyyətlər qazanacağına və Rio-de-Janeyroda 2016-cı ildə baş tutacaq olimpiya oyunlarına lisenziyalar əldə edəcəklərinə ümidvar olduğunu bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi