Yuxarı

İspaniya Olimpiya Komitəsində birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Tədbirdə “Bakı-2015” ilə bağlı xüsusi videoçarx təqdim olunub

Bakı. 29May. REPORT.AZ/ İspaniya Olimpiya Komitəsində iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə “Bakı-2015” ilə bağlı xüsusi videoçarx təqdim olunub. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri və Olimpiya Kəndi haqqında ətraflı məlumat verib. Daha sonra Bakı haqqında video nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko çıxış edib. O, ispaniyalı idmançılara I Avropa Oyunlarında uğurlar arzu edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi