Yuxarı

İlk Avropa oyunlarının məşəli Qəbələdə bayram təntənəsi ilə qarşılandı - FOTO

Qəbələdə alov məşəlini 12 idmançı tərəfindən daşınıb

Bakı. 26 May. REPORT.AZ/ İlk Avropa oyunlarının məşəli İsmayıllıdan sonra Qəbələ rayonuna gətirilib.

"Report" xəbər verir ki, məşəlin alovlandırılması xüsusi coşqu ilə qarşılanıb. Bakı 2015 ilk avropa oyunlarının məşəli Qəbələdə Heydər Əliyev prospektindən məşqçi, karate üzrə qara kəmər, respublika üzrə gümüş və bürünc medal sahibi Anar Mustafayev tərəfindən start götürüb.

Məşəl estafetini izləmək üçün on minlərlə rayon sakini məşəl turunun maşrut xətti boyunca küçələrə axışaraq bayram abu-havasında idmançıları dəstəkləyiblər. Yol boyu düzülən rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə meydana gətilən məşəlin alovlandırılması mərasimi keçirilib.

Qəbələdə alov məşəlini 12 idmançı tərəfindən daşınıb. Məşəsdarlar arasında Bakı 2015 I Avropa oyunlarının ulduz elçisi də iştirak edib.

Sonuncu məşəldar Qəbələ Olimpia kompileksinin məşqçi müəllimi Ehsan Nəzirov Heydər Əliyev prospekti boyunca 2.83 km məsafəni uğurla başa vurduqdan sonra səhnəyə qalxaraq məşəl kasasını alovlandırıb. Daha sonra I Avropa oyunları haqıında Qəbələ sakinlərinə geniş məlumat verilərək video çarxlar təqdim olunub.

Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağını Qəbələ şəhər 1 saylı məktəbin şagirdi 17 yaşlı Bəhram Əhmədli yandırıb. Çıraq Avropa yarışlar başa çatana qədər Heydər Əliyev Mərkəzində saxlanılması üçün mərkəzə təqdim olunub. Sonda tədbir alov festivalı ilə davam etdirilib.

Daha sonra məşəl Kürdəmir rayonuna yola salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi