​İlahə Qasımova: "Bu medal mənim üçün çempionluğa bərabərdir"

​İlahə Qasımova: "Bu medal mənim üçün çempionluğa bərabərdir" "Çox xoşbəxtəm ki, medal qazanmışam"
Avropa Oyunları
13 İyun , 2015 19:56
​İlahə Qasımova: Bu medal mənim üçün çempionluğa bərabərdir

Bakı. 13 iyun. REPORT.AZ/ "Çox xoşbəxtəm ki, medal qazanmışam. Bu medal mənim üçün çempionluğa bərabərdir". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında qadınlar arasında kumite yarışlarında 55 kq çəki dərəcəsində bürünc medal qazanmış İlahə Qasımova deyib.

Qadın idmançı Vətənində medalsız qalmadığı üçün sevindiyini dilə gətirib: "Məşqçilərimə minnətdarlığımı bildirirəm. Bir ildən artıqdır ki, məşqlər edirdik və medal qazanacağıma inanırdım. Digər idmançılarımıza uğurlar arzu edirəm".

Son xəbərlər

Orphus sistemi