İcraçı direktor: “Ermənistanın “Bakı 2015” I Avropa Oyunlarını yayımlamaq istəyi var”

İcraçı direktor: “Ermənistanın “Bakı 2015” I Avropa Oyunlarını yayımlamaq istəyi var” “Çox istərdik ki, növbəti Avropa oyunlarının məşəlinin alovlandırıldığı yer Atəşgah olsun”
Avropa Oyunları
2 İyun , 2015 11:40
İcraçı direktor: “Ermənistanın “Bakı 2015” I Avropa Oyunlarını yayımlamaq istəyi var”

Bakı. 2 iyun. REPORT.AZ/ “Ermənistanın “Bakı 2015” I Avropa Oyunlarını yayımlamaq istəyi var. Amma hələ müqavilə bağlanmayıb”. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri, “Bakı 2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

O bildirib ki, hazırda “Bakı 2015”in yayım hüquqlarına malik şirkətlə Ermənistan telekanallarından biri arasında danışıqlar gedir.

A.Rəhimov bildirib ki, son məlumata görə, Açılış Mərasimində 30-a yaxın ölkənin rəsmisi iştirak edəcək.

Nazir növbəti Avropa Oyunlarının məşəlinin də Atəşgah Məbədində alovlandırılması arzusunu ifadə edib. O, belə bir təklifi irəli sürəcəklərini vurğulayıb: “Avropa Oyunlarında açılış mərasiminin ən gözəl anı alovla yekunlaşır. Çox istərdik ki, məşəlin alovlandırıldığı yer Atəşgah olsun. Biz bu təklifi irəli sürməyə hazırıq”.

A.Rəhimov Açılış Mərasimi vaxtı məşəli Bakı Olimpiya stadionuna gətirəcək şəxsin hələ müəyyənləşmədiyini də söyləyib: “Hələ seçim aparmamışıq. Düşünürəm ki, həmin şəxs ən layiqlisi olacaq”.

Son xəbərlər

Orphus sistemi