I Avropa Oyunlarının məşəli Zərdaba gətirilib - FOTO

I Avropa Oyunlarının məşəli Zərdaba gətirilib - FOTO Məşəl rayon ictimaiyyəti tərəfindən xüsusi coşqu ilə qarşılanıb
Avropa Oyunları
12 May , 2015 15:40
I Avropa Oyunlarının məşəli Zərdaba gətirilib - FOTO

Bakı. 12 may. REPORT.AZ/ I Avropa Oyunlarının məşəli bu gün Zərdab rayonunda alovlanıb. "Report" xəbər verir ki, məşəl rayon ictimaiyyəti tərəfindən xüsusi coşqu ilə qarşılanıb.

Bütün ölkəni qarış-qarış gəzməsi planlaşdırılan I Avropa Oyunlarının məşəl estafetini bu gün Zərdab rayonu qəbul edib. Rayonun fəal gənci Bəxtiyar Əliyev "Bakı 2015" I Avropa Oyunlarının məşəlini bayraq meydanından götürərək estafetə start verib.

Məşəl estafetini izləmək üçün minlərlə rayon sakini məşəl turunun marşrut xətti boyunca küçələrə düzülüb.

Estafet 3.5 km məsafəni qət etdikdən sonra ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda sona çatıb. Sonucu məşəlçi karete üzrə dünya çempionu Nərmin Camalzadə səhnəyə çıxaraq böyük coşqu ilə I Avropa Oyunlarının məşəlini alovlandırıb. Daha sonra məşəlin simvolu sayılan çıraq rayon sakini Gülər Məmmədovaya təhvil verilib.

Zərdaba təhvil verilən bu çıraq "Bakı 2015"in simvolu kimi yarışlar bitənədək yanacaq.

Son xəbərlər

Orphus sistemi