I Avropa Oyunlarının məşəli Tofiq Bəhramov adına Respublika stadionuna gətirilib

I Avropa Oyunlarının məşəli Tofiq Bəhramov adına Respublika stadionuna gətirilib Məşəli stadiona Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çatdırıb
Avropa Oyunları
8 İyun , 2015 20:29
I Avropa Oyunlarının məşəli Tofiq Bəhramov adına Respublika stadionuna gətirilib

Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının məşəli Tofiq Bəhramov adına Respublika stadionuna gətirilib. "Report"un məlumatına görə, məşəli stadiona Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çatdırıb.

Respublika stadionu Oyunlar zamanı idmanın başqa bir növü – kamandan oxatma üzrə yarışlara ev sahibliyi edəcək. İyunun 16-dan 22-dək burada keçiriləcək yarışlarda 128 idmançı medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, aprelin 26-dan Azərbaycanın bütün bölgələrinə səyahət edən məşəl iyunun 7-də paytaxt Bakıya gətirilib. Məşəli Bakıda "Sadko" limanında Prezident İlham Əliyev təhvil alıb və digər məşəl daşıyanlara ötürüb.

Son xəbərlər

Orphus sistemi