​I Avropa Oyunlarının məşəli Tərtərə gətirilib - FOTO

​I Avropa Oyunlarının məşəli Tərtərə gətirilib - FOTO Məşəl şəhərin giriş qapısında yerləşən bayraq meydanında qarşılanıb
Avropa Oyunları
12 May , 2015 19:23
​I Avropa Oyunlarının məşəli Tərtərə gətirilib - FOTO

Bakı. 12 may. REPORT.AZ/ I Avropa Oyunlarının məşəli Zərdabdan Tərtər rayonuna aparılıb.

"Report"un məlumatına görə, məşəl Tərtər şəhərinin giriş qapısında yerləşən bayraq meydanında qarşılanıb. Tərtərdə məşəl estafeti saat 17:30-da start götürüb. Məşəli qəbul edən rayon sakini Rafiq Abbasov 10 həmkarı ilə birgə yürüşü davam etdirib. 4km məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli bayraq meydanından Heydər Əliyev prospekti boyunca Heydər Əliyev meydanına çatdırıblar. Burada qara kəmər ustası Faiq Məmmədov məşəli meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı alovlandırması ilə festival başlayıb. Ardınca Tərtər şəhər sakini Tünarə Məmmədzadə Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb. Tədbir konsert proqramı ilə davam edib.

Sonda I Avropa Oyunlarının məşəli Yevlax rayonuna yola salınıb.

Son xəbərlər

Orphus sistemi