Yuxarı
    Bağlamaq

    ​I Avropa Oyunlarının məşəli Şəkiyə aparılıb - FOTO

    Məşəl estafetinin sonunda Alov Festivalı nümayiş etdirilib

    Bakı. 25 may. REPORT.AZ/ I Avropa Oyunlarının məşəli bu gün Şimal-Qərb bölgəsində sonuncu rayona - qədim Şəkiyə aparılıb.

    "Report" xəbər verir ki, mərasimi izləmək üçün minlərlə sakin əllərində üç rəngli bayraq və gül-çiçəklərlə küçələri bəzəyib.

    Avropa Məşəli Şəki şəhərinin dünya əhəmiyyətli abidəsi olan Xan Sarayından start götürüb. Burada məşəli teleaparıcı Sədaqət Məmmədzadə qəbul edib. Daha sonra Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Mirzə Fətəli Axundzadə və Heydər Əliyev prospektləri ilə hərəkət edən məşəl 12-ci məşəldarın iştirakı ilə ümumilikdə 2200 metr məsafə qət etməklə Şəkinin mərkəzinə gətirilib. Sonuncu məşəldar respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə meydanın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq səyahət çırağını alovlandırıb.

    Səhnədə yandırılan çıraq Avropa Oyunları bitənədək saxlanılması üçün Heydər Əliyev mərkəzinə təhvil verilib.

    Məşəl estafetinin sonunda Alov Festivalı nümayiş etdirilib. Qeyri-adi alov şousu, musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı minlərlə sakinin əhval-ruhiyyəsini artırıb. Sonda Atəşfəşanlıq olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi