Yuxarı

​I Avropa Oyunlarının məşəli Gəncəyə gətirilib

Hazırda Gəncədəki Heydər Əliyev park-kompleksində yerləşən amfiteatrda alov festivalı keçirilir

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının məşəli bu gün Gəncədə alovlandırılıb. "Report" xəbər verir ki, məşəl yürüşünə saat 20:00-də Gəncə şəhərinin baş meydanından start verilib.

Estafeti Olimpiya çempionu Toğrul Əsgərov qəbul edib. Məşəlçilər 4 km məsafə qət edərək Heydər Əliyev Mərkəzinədək yürüş ediblər. Yol boyu məşəlçiləri rayon ictimaiyyətinin nümayəndələri böyük coşqu ilə qarşılayıb.

Məşəli əməkdar məşqçi Elçin Zeynalov alovlandırıb. Eləcə də yandırılan simvolik çıraq oyunlar yekunlaşanadək şəhərdə saxlanılacaq. 

Hazırda Gəncədəki Heydər Əliyev park-kompleksində yerləşən amfiteatrda alov festivalı keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi