I Avropa Oyunlarının məşəli Beyləqana gətirilib

I Avropa Oyunlarının məşəli Beyləqana gətirilib Məşəl axşam saatlarında Xocavənd rayonun aparılacaq
Avropa Oyunları
9 May , 2015 12:31
I Avropa Oyunlarının məşəli Beyləqana gətirilib

Bakı. 9 May. REPORT.AZ/ İlk Avropa Oyunlarının məşəli Beyləqan rayonuna gətirilib. "Report"un məlumatına görə, məşəl Beyləqan rayonunda bayraq meydanında qarşılanıb. Məşəl estafeti saat 12:00 da start götürüb.

Məşəli qəbul edən Beyləqan rayon sakini 10 nəfər həmyerlisi ilə birgə yürüşü davam etdirib. 3000 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən idmançılar məşəli rayonun girişindən Heydər Əliyev prospekti boyunca keçirərək Heydər Əliyev meydanına çatdırıblar.

Məşəli meydanda qurulan səhnəyə qaldıran idmançının simvolik çırağı alovlandırması ilə festival başlayıb. Çıraq yarışların sonuna qədər "Bakı 2015"-in rəmzi kimi rayonda saxlanılacaq. Məşəl axşam saatlarında Xocavənd rayonun aparılacaq.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. İdmançılar Oyunlarda ümumilikdə, 20 idman növü üzrə mübarizə aparacaqlar. Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançı 17 yarış günü müddətində mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi