​I Avropa Oyunlarında medal qazanacaq idmançılarla görüşlər keçiriləcək

​I Avropa Oyunlarında medal qazanacaq idmançılarla görüşlər keçiriləcək Bütün medalçılar “Azərbaycan yığmasının evi”nə çağırılacaq
Avropa Oyunları
29 May , 2015 14:39
​I Avropa Oyunlarında medal qazanacaq idmançılarla görüşlər keçiriləcək

Bakı. 29 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarına böyük hazırlıq işləri görülüb. Bu məqsədlə yeni yollar çəkilib, parklar salınıb". "Report"un məlumatına görə, bunu bu gün Oyunlarda iştirak edəcək idmançılarla keçirilən görüşdə gənclər və idman naziri, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 53 idmançı ilə təmsil olunduğunu xatırladan A.Rəhimov bu sayın Olimpiya üçün böyük tərkib olduğunu deyib: "İndi isə 291 idmançı ölkəmizi təmsil edəcək. Bu isə idmançılarımıza xeyli imkanlar yaradır. Bu möhtəşəm tədbirdə ölkə başçısı İlham Əliyevin diqqət və etimadını doğrultmalıyıq. Hər bir idmançıya uğurlar arzu edirik. İnanırıq ki, iyunun 29-da bütün idmançıları böyük şərəflə qarşılayıb təbrik edəcəyik".

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə isə medal qazanacaq idmançılarla görüşlərin keçiriləcəyini deyib. O bildirib ki, aktivinə medal yazdıran idmançılar yarış gününün səhərisi ailə üzvləri və yaxınları ilə birgə MOK-a dəvət olunacaq. İyunun 29-da isə bütün medalçılarla birgə görüş təşkil olunacaq. Ç.Hüseynzadə Oyunlar müddətində MOK-un “Azərbaycan yığmasının evi” kimi fəaliyyət göstərəcəyini açıqlayıb. Onun sözlərinə görə, burada 3 gün xüsusi qeyd olunacaq: "Azərbaycanın ilk medalını qazanacağı gözlənildiyindən iyunun 14-də, Beynəlxalq Olimpiya Gününün qeyd olunması üçün iyunun 23-də və Oyunların yekunları ilə əlaqədar iyunun 29-da xüsusi tədbirlər nəzərdə tutulub. 

Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi