I Avropa Oyunlarında kayak üzrə növbəti qalib müəyyənləşib

I Avropa Oyunlarında kayak üzrə növbəti qalib müəyyənləşib İnna Osipenko - Radomskaya dueti 6-cı yeri tutub
Avropa Oyunları
16 İyun , 2015 16:42
I Avropa Oyunlarında kayak üzrə növbəti qalib müəyyənləşib

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanı I Avropa Oyunlarında təmsil edən kayakçı İnna Osipenko - Radomskaya dueti 200 metr məsafəyə final yürüşündə çıxış edib. "Report"un məlumatına görə, 33 yaşlı idmançı finişə 42,091 saniyəyə çataraq, 6-cı yeri tutub. 

Polşalı Marta Valçikeviç (40,745) qızıl, rusiyalı Natalya Podolskaya (41,165) gümüş, macarıstanlı Danuta Kozak (41,378) bürünc medala sahib olub. 

Qeyd edək ki, İnna Osipenko-Radomskaya 500 metr məsafəyə yürüşdə də finalda çıxış edib və 5-ci olub.

Son xəbərlər

Orphus sistemi