Yuxarı

​I Avropa Oyunlarında iştirak edəcək Rusiya samboçuları müəyyənləşəcək

Federasiya prezidenti I Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını bildirib

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Rusiya samboçuları mart ayında müəyyənləşəcək. "Report"un "rsport.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə Ümumrusiya Sambo Federasiyasının prezidenti Serqey Yeliseyev açıqlama verib.

Onun sözlərinə görə, martın 7-də Sankt-Peterburqda start götürəcək sambo üzrə Rusiya çempionatının nəticəsindən asılı olaraq hansı pəhləvanların Avropa Oyunlarında iştirak edəcəyi müəyyənləşəcək. Üstəlik, 3 gün davam edəcək yarışda noyabrda  Kasablankada (Mərakeş) keçiriləcək dünya çempionatına yollanacaq idmançılar da məlum olacaq.

I Avropa Oyunlarında ciddi hazırlaşdıqlarını bildirən S.Yeliseyev Rusiya çempionatında 300-dən artıq idmançının çıxış edəcəyini söyləyib.

Qeyd edək ki, I Avropa Oyunları 12-28 iyun tarixlərində Azərbaycanda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi