Yuxarı
    Bağlamaq

    ​I Avropa Oyunlarında iştirak edəcək erməni idmançılar artıq Bakıdadır

    Daha 6 ölkənin idmançıları da Azərbaycana gəlib

    Bakı. 10 İyun. REPORT.AZ/ Azərbaycanda I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Finlandiya, Slovakiya, Estoniya, İrlandiya, Portuqaliya, İsrail və Ermənistan idmançıları Azərbaycana gəlib.

    “Report”un məlumatına görə, onları Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıblar.

    İdmançılar onlar üçün ayrılan avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında, həmçinin həmin ölkələrin jurnalist və nümayəndə heyətləri də var.

    Qeyd edək ki, I Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətində əvvəlcədən 28 idmaçının iştirak edəcəyi bildirilsə də, Bakıya 18 idmançı gəlib. Ermənilər idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaqlar.

    İyunun 12-dən 28-dək davam edəcək I Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisinin iştirak edəcəyi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi