I Avropa Oyunlarında Azərbaycanı qardaş güləşçilər təmsil edəcək

I Avropa Oyunlarında Azərbaycanı qardaş güləşçilər təmsil edəcək Sərbəst güləş üzrə yığma komandanın heyətində Yaşar və Hacı Əliyev qardaşları çıxış edəcək
Avropa Oyunları
9 İyun , 2015 08:50
I Avropa Oyunlarında Azərbaycanı qardaş güləşçilər təmsil edəcək

Bakı. 9 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının heyətində iki qardaş çıxış edəcək. "Report"un məlumatına görə, bu, Yaşar və Hacı Əliyevdir.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Yaşar Əliyev 57 kq, 1991-ci il təvəllüdlü Hacı Əliyev isə 61 kq çəki dərəcəsində mübarizə aparacaq. Böyük qardaşından fərqli olaraq, H.Əliyev daha titulludur - 24 yaşlı güləşçi 2014-cü ildə Avropa və dünya çempionu olub.

"Avropa Oyunlarında bir çox ölkənin komandasının heyətində ailə üzvləri mübarizə aparacaq. Amma biz həm ayrı-ayrı çəkilərdə çıxış edəcəyik, həm də daha titullu idmançılar sayılırıq. Avropa və dünya çempionluqlarıma "Bakı 2015"-in qızıl medalını da əlavə etməyi hədəfləmişəm", - deyə H.Əliyev vurğulayıb.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında olimpiya çempionları Aleksandr və Andrey Boqdanoviç qardaşları da mübarizə aparacaq. Belarus yığmasının heyətində çıxış edəcək qardaşlar ayrı-ayrılıqda deyil, 2 nəfərlik kanoe qayığı növü üzrə yarışacaqlar.

Son xəbərlər

Orphus sistemi