I Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı açıqlanıb

I Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı açıqlanıb Milli Olimpiya Komitəsi 5 namizəd arasından seçim edib
Avropa Oyunları
11 İyun , 2015 12:26
I Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı açıqlanıb

Bakı. 11 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib. Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, Milli Olimpiya Komitəsi bu vəzifəni 2015-ci ildə cüdo üzrə keçirilmiş bütün nüfuzlu yarışların qalibi Elmar Qasımova həvalə edib. 

E.Qasımov iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış mərasimində ölkələrin təntənəli keçidi zamanı Azərbaycan yığmasının önündə bayraqla hərəkət edəcək. 

Qeyd edək ki, bayraqdar adına Elmar Qasımovdan əlavə, sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov, Avropa və dünya çempionu Hacı Əliyev, cüdo üzrə dünya çempionu Elxan Məmmədov və boks üzrə Avropa çempionu, dünya və Olimpiya mükafatçısı Teymur Məmmədov da namizəd idi.  

Son xəbərlər

Orphus sistemi