I Avropa Oyunlarında Azərbaycan mədəniyyəti və tarixi nümayiş etdiriləcək

I Avropa Oyunlarında Azərbaycan mədəniyyəti və tarixi nümayiş etdiriləcək Açılış mərasimində minlərlə atlet və mərasim iştirakçısı stadiondaki səhnədə yer alacaq
Avropa Oyunları
25 Yanvar , 2015 16:12
I Avropa Oyunlarında Azərbaycan mədəniyyəti və tarixi nümayiş etdiriləcək

BAKI. 25 yanvar. REPORT.AZ/ Bu gün I Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərini hazırlayan "Five Currents" şirkətinin baş prodüseri Tom Bisinyano jurnalistlərin sullarını cavablandırıb. "Report"un məlumatına görə, o, Azərbaycan haqqında böyük bir ideyanın yaradılmasının tərəfdarı olduqlarını söyləyib.

T.Bisinyano azərbaycanlı gənclərin mərasimlərdə onlara kömək olmağa çağırıb: "İstəyirik ki, sizlər də bizə qoşulasınız və fantastik şounun lazım olan səviyyədə təşkil olunmasında bizə yardımçı olasınız. Hesab edirik ki, Avropa Oyunları zamanı təşkil olunacaq bu tədbir ən gözəl mərasimlərdən olacaq. Təbii ki, bu mərasim yeni inşa edilən sadionda baş tutacaq. Bu işlərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Gənclər və İdman Naziri Azad Rəhimovun xüsusi rolunu qeyd etmək istəyirəm. Fürsətdən istifadə edərək Azərbaycanın bütün gənclərini bizə qoşulmağa dəvət edirik. Əmin edə bilərəm ki, bizə qoşulan hər bir insan zəngin təcrübə qazanacaq. Bizə qoşulmaq üçün yaş məhdudiyyəti yoxdur. Hətta 60 və daha çox yaşı olanlar da bizimlə birgə irəliləyə bilər".

Açılış və bağlanış mərasimindən danışan baş prodüsser gözlənilməz, təkrarolunmaz bir fəaliyyətin olacağını qeyd edib: "2 mərasim təşkil etməyi planlaşdırırıq. Açılış mərasimi iyunun 12-də, bağlanış mərasimi isə 28-də olacaq. Bizə bu müddətdə 5-6 min könüllü tələb olunacaq. Avropa Oyunları Bakı üçün böyük əhəmiyyət daşıyır. Bu iş bizə həvalə edilmiş böyük işdir və sürpriz oldu. Bu mərasimdə gözlənilməz, təkrarolunmaz fəaliyyət olacaq. Bizim beynəlxalq komandamız formalaşıb və bunun vasitəsilə biz Azərbaycanın mədəniyyəti, tarixini xüsusi olaraq həmin mərasimlərdə nümayiş etdirməyə çalışacağıq".

Qeyd edək ki, açılış mərasimində 6 min 500 atlet və rəsmilərdən, eləcə də 5 mindən çox mərasim iştirakçısından ibarət heyət stadionda təşkil olunacaq səhnədə yer alacaq.

Son xəbərlər

Orphus sistemi