Yuxarı

I Avropa Oyunlarına indiyədək xərclənən məbləğ açıqlanıb

Bakı Olimpiya Stadionunun açılışı gələn il fevralın 1-də olacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına indiyədək 150 milyon avro xərclənib. "Report"un məlumatına görə, bu barədə Türkiyədə səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov yerli jurnalistlərə açıqlamasında bildirib. 

O bildirib ki, Oyunlar üçün nəzərdə tutulan idman qurğuları gələn il fevralın 1-dək tam hazır olacaq: "Həmin gün 7300 nəfərlik Olimpiya Kəndi və hazırda inşası davam edən 65 min nəfərlik Bakı Olimpiya Stadionunun açılışı olacaq. Bundan sonra may ayınadək həmin qurğularda test yarışları olacaq. Arenalarımızla bağlı hər hansı problem yoxdur. Hər şey qaydasındadır. Çalışmalar sürətlə davam edir. 

Nazirin sözlərinə görə, Azərbaycan müstəqilliyini elan etdikdən sonra ən böyük hədəfi dünyada tanınmaqdan ibarət olub: "Fikrimcə, bunun ən gözəl və doğru yolu idmandır. İdman yarışları sayəsində bütün dünya bizi tanıyacaq. Bu səbəbdən həm dövlətimiz, həm də xalqımız Avropa Oyunlarını son dərəcə önəmli tədbir sayaraq, hazırlıqlarını bu düşüncə ilə həyata keçirir. 

Qeyd edək ki, A.Rəhimov Türkiyənin İstanbul şəhərində "Bakı-2015" Avropa Oyunlarının təqdimat mərasiminə qatılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi