"Bakı 2015"ə 30 gün qalır

"Bakı 2015"ə 30 gün qalır Saymon Kleqq: "Avropada idman üçün miras qoyacaq hadisənin başlanğıcını qeyd edəcəyik"
Avropa Oyunları
13 May , 2015 13:53
Bakı 2015ə 30 gün qalır

Bakı. 13 may. REPORT.AZ/ Artıq "Bakı 2015" I Avropa Oyunlarının startına 30 gün qalıb. "Report"un məlumatına görə, bu münasibətlə Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq Oyunlara hazırlıqlarla bağlı fikirlərini bildirib.

S.Kleqq Avropa Oyunlarını qısa zamanda baş tutan çox heyrətamiz hadisə adlandırıb. Olimpiya Oyunlarına ev sahibliyi edən əksər ölkələrin hazırlıqlarına 7 ilin tələb olunduğunu deyən baş direktor Bakıda bu möhətəşəm və yeni idman hadisəsini beynəlxalq aləmə çatdırmaq üçün sadəcə 30 ayın kifayət etdiyini xatırladıb. 

"Bir ay ərzində, nəinki qitəmizə yaraşan Açılış mərasimini, hətta Avropada idman üçün miras qoyacaq bir hadisənin başlanğıcını qeyd edəcəyik" deyən baş direktor bildirib ki, yüksək səviyyəli yarışın unudulmaz yayı üçün hər şey hazırdır. Saymon Kleqq bütün qitənin qürur hissi duyacağı böyük şounun həyata keçiriləcəyindən əminliyini ifadə edib.

Qeyd edək ki, 12 - 28 iyunda keçiriləcək "Bakı 2015" I Avropa Oyunlarında 20 idman növü üzrə 6000-dən çox idmançı mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi