Yuxarı

​I Avropa Oyunları İranda da yayımlanacaq

Qərbi Asiyanın ən böyük ölkəsində yayımı GEM TV Group həyata keçirəcək

Bakı. 26 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Qərbi Asiyanın ən böyük ölkəsi sayılan İranda yayımlanmasına dair müqavilə imzalanıb. "Report"un məlumatına görə, Oyunlar General Entertainment and Media (GEM TV Group) vasitəsilə tamaşaçılara təqdim olunacaq.

Oyunlar Yahsat, Nilesat və Hotbird peykləri vasitəsilə pulsuz yayımlanacaq. Anlaşmaya əsasən, yayım hər gün rəqəmsal, mobil olmaqla fars və kürd dillərində 75 milyon insanı əhatə edəcək. 

Qeyd edək ki, İran Amerika, Hindistan, Çin, Honkonq, Yaponiya, ərəb dünyası və Avstraliya kimi ölkələri də əhatə edən yayımçılar siyahısına daxil olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi