I Avropa Oyunlarında çıxış edəcək bütün idmançılar müəyyənləşib

I Avropa Oyunlarında çıxış edəcək bütün idmançılar müəyyənləşib İdmançılar haqda məlumatlar "Bakı 2015"in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib
Avropa Oyunları
4 İyun , 2015 17:49
I Avropa Oyunlarında çıxış edəcək bütün idmançılar müəyyənləşib

Bakı. 4 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında iştirak edəcək 6 min idmançının bioqrafiyası "Bakı 2015"in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib. "Report" xəbər verir ki, bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş “İdmançılar” bölməsinə daxil olmaqla əldə etmək mümkündür. 

Həmin səhifələrdə idmançının təcrübəsindən onun haqda olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış imkanı olacaq. Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumata yer verilib.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi