Yuxarı

Həştərxanda I Avropa oyunlarına həsr olunan xüsusi aksiya keçiriləcək

Bakıdakı oyunların açılış mərasimində Həştərxanın qubernatoru Aleksandr Jilkin iştirak edəcək

Bakı. 10 iyun. REPORT.AZ/ Həştərxanda iyunun 12-28-də Azərbaycanda keçiriləcək "Bakı-2015" I Avropa oyunlarına həsr olunan xüsusi aksiya baş tutacaq. "Report" Həştərxan vilayəti qubernatorunun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 10-da Heydər Əliyev adına bağda keçiriləcək xüsusi aksiya zamanı Həştərxan sakinləri I Avropa oyunlarına öz dəstəklərini nümayiş etdirə biləcəklər. 

Bundan başqa, Bakıdakı oyunların açılış mərasimində Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də iştirak edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi