Yuxarı

​Hacı Əliyev: "Qidadan zəhərləndiyim üçün əldən düşmüşdüm"

Ancaq erməni güləşçi ilə görüşəcəyim üçün özümü toparladım

Bakı. 18 iyun. REPORT.AZ/ "Hər bir idmançı kimi mənim də arzum ilk Avropa Oyunlarında qızıl medal qazanmaqdı. Təəssüflər olsun ki, alınmadı". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında sərbəst güləşdə bürünc medal qazanan Hacı Əliyev deyib.

61 kq çəki dərəcəsində güləşən pəhləvan jurnalistlərə açıqlamasında qidadan zəhərləndiyini bildirib: "Ona görə də gücdən düşmüşdüm. Ancaq erməni güləşçi ilə görüşəcəyim üçün özümü toparladım. Şükürlər olsun ki, ermənini uddum. Ancaq rusiyalı idmançı ilə görüşdə gücdən düşmüşdüm".

Bürünc medal mükafatçısı qardaşı Yaşar Əliyev və özünün erməni idmançı ilə görüşməyindən də söz açıb: "Təkcə ikimiz erməni idmançılarla qarşılaşdıq. Erməni idmançısına qalib gəlmək böyük məsuliyyətdir. Çünki hamı səni izləyir. Düşünürəm ki, bu, özü də bir qalibiyyətdir. Qələbəmi bizə dəstək olan hər kəsə həsr edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi