Yuxarı

Formula 1-in sahibi: "Azərbaycan - Ermənistan münaqişəsi Avropa Qran Prisinə təsir etməyəcək"

Formula 1 heç kiminlə müharibə aparmır

Bakı. 29 aprel. REPORT.AZ/"Ermənistanla Azərbaycan arasındakı gərginlik Bakıda keçiriləcək Avropa Qran Prisinə təsir etməyəcək. Mən buna əminəm". "Report"un məlumatına görə, bunu Formula 1-in sahibi Berni Ekklstoun TASS-a müsahibəsində deyib.

O, belə münaqişələrə qarışmadıqlarını bildirib: "Formula 1 heç kiminlə müharibə aparmır. Oxşar situasiya Bəhreynlə bağlı da olmuşdu".

Qeyd edək ki, Avropa Qran Prisi 17 - 19 iyunda Bakı küçələrində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi