​Firdovsi Fərzəliyev:"Bu hissləri anlatmaq mümkün deyil"

​Firdovsi Fərzəliyev:"Bu hissləri anlatmaq mümkün deyil" "Bütün tamaşaçılardan xahişimiz odur ki, idmançıların qələbəsi, çempion olması üçün dua etsinlər"
Avropa Oyunları
13 İyun , 2015 19:27
​Firdovsi Fərzəliyev:Bu hissləri anlatmaq mümkün deyil

Bakı. 13 iyun. REPORT.AZ/ "İlk olaraq məşqçilərimə təşəkkür edirəm. Onların üzərimizdə əziyyətləri var". Bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında kumite yarışlarında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanmış Firdovsi Fərzəliyev deyib.

Qızıl medalın sahibi 6 aydır ki, çətin məşqlərin getdiyini və hazırlıqların yüksək səviyyədə olduğunu bildirib: "Bu yarışa 5-10 dəfə artıq hazırlaşmışıq. Cənab Prezidentimizə minnətdarlıq edirəm. İlk 3 döyüşdə qələbə qazandım. Qrupda qalib gəldiyim italyanla finalda rastlaşdım və qalib gəldim".

F.Fərzəliyev çempionluq hisslərini bu cür ifadə edib: "Bu hissləri anlatmaq mümkün deyil, yaşamaq lazımdır. Bundan gözəl sevinc yaşamamışam. Bütün tamaşaçılardan xahişimiz odur ki, idmançıların qələbəsi, çempion olması üçün dua etsinlər".

Son xəbərlər

Orphus sistemi