EYOC rəsmisi Belarusun Azərbaycanla müqayisədə Avropa Oyunlarına daha az vəsait xərcləməsinə münasibət bildirib

EYOC rəsmisi Belarusun Azərbaycanla müqayisədə Avropa Oyunlarına daha az vəsait xərcləməsinə münasibət bildirib "Azərbaycanın Avropa Oyunlarında etdiyi yeniliyin Belarusda təkrarlanacağını demək mümkün deyil"
Avropa Oyunları
10 Yanvar , 2017 13:50
EYOC rəsmisi Belarusun Azərbaycanla müqayisədə Avropa Oyunlarına daha az vəsait xərcləməsinə münasibət bildirib

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitələrinin icraçı prezidenti Yanes Kosiyançiçlə görüş keçirilib. 

"Report"un məlumatına görə, görüşdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Əbiyev və jurnalistlər iştirak ediblər.

Y.Kosiyançiç Azərbaycana səfərdən məmnun olduğunu və böyük tədbirlərin ölkədə keçirilməsinin gələcəyə investisiya olduğunu bildirib: "Avropa Oyunları və möhtəşəm Formula 1 yarışından sonra burada olmaq böyük şərəfdir. Biz həmişə Azərbaycanda böyük tədbirlərin keçirildiyini görmüşük. "Bakı 2015" Azərbaycanda çox möhtəşəm şəkildə keçirilib. Bu tədbirlər əhalinin - gənc nəslin və peşəkarların köməkliyi ilə keçirilib. Bu cür yarışlar Azərbaycanın gələcəyi üçün böyük investisiya təşkil edir. Azərbaycan Rio-2016-da yüksək nəticə əldə edərək 18 medal qazanıb. Bu isə ölkə tarixində ən yüksək nəticədir. Azərbaycanın gələcəkdə bundan artıq nəticə qazanacağınıza inanıram. II Avropa Oyunları 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək. Belarusun bu işdə Azərbaycanın təcrübəsindən yararlanacağına inanırıq".

O, Avropa Oyunlarının gələcəyi ilə bağlı da danışıb: "Azərbaycan Avropa Oyunlarında yenilik etdi. Bunun Belarusda təkrarlanacağını demək mümkün deyil. Çünki Azərbaycan təşkilatçılığını yüksək səviyyədə ortada qoydu. Belarusda da Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinbə inanırıq. Bu yarışlar Tokio-2020 üçün nəzərdə tutulub. Bu da ölkələrin idman infrastrukturlarının yaxşılaşdırılması deməkdir. Avropa Oyunlarının gələcəkdə daha da populyarlaşacağına inanırıq. Hazırda 12-14 idman növü üzrə yarışların keçirilməsini qərara almışıq. Ancaq 26 idman növünün təmsil olunması üçün təkliflər var. Əsasən olimpiya idman növlərinə üstünlük verəcəyik".

Y.Kosyançiç Belarusun Azərbaycanla müqayisədə Avropa Oyunlarına daha az məbləğ xərcləməsinə də aydınlıq gətirib: "Belarus yarışa ciddi hazırlaşır. Belarusda idman infrastrukturları mövcud olsa da, Azərbaycanda yox idi. II Avropa Oyunlarında sponsor, marketinq, media və televiziya haqlarından da istifadə edəcəyik. Təbii ki, Bakının gözəl möhtəşəm tədbirini əvəzləmək çətin olacaq. Bakıdakı kimi olmasa da, Belarusda da yüksək səviyyədə yarışlar keçiriləcək. Azərbaycan tərəfindən yatırılan bu pullar gələcək üçün töfhə verir. Azərbaycanın gələcəkdə öz idmanı ilə nailiyyətlər əldə edəcəyinə inanıram. Artıq bir neçə ölkə III Avropa Oyunları üçün öz namizədliyini verib. Bu namizədlərin sayı artacaq. Bu barədə daha sonra ətraflı məlumat veriləcək. Avropa Oyunlarını keçirə biləcək 60-dan artıq şəhər var".

AOK-un icraçı prezidenti deyib ki, 2019-cu ildə Bakıda keçiriləcək Gənclərin Olimpiya Festivalında təxminən 4 000 iştirakçı olacaq: "Bu il festivalın 25 ili tamam olur. Builki yarışlar Macarıstanda keçiriləcək. Bu yarışlarda yaş həddi 16-18-dir".

Ç.Hüseynzadə isə öz növbəsində Bakıda keçiriləcək Gənclərin Olimpiya Festivalı haqda məlumat verib, ölkə idmanından danışıb. 

Son xəbərlər

Orphus sistemi