Ermənistan MOK-un baş katibi Azərbaycana gələcək

Ermənistan MOK-un baş katibi Azərbaycana gələcək Hraçya Rostomyan noyabr ayının 21-22-də Bakıda keçiriləcək AOK-un 43-cü sessiyasında iştirak edəcək
Avropa Oyunları
100
18 Noyabr , 2014 09:40
Ermənistan MOK-un baş katibi Azərbaycana gələcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan və MOK idarə rəisi Vaqinak Qalstyan noyabr ayının 21-22-də Bakıda keçiriləcək AOK-un 43-cü sessiyasında iştirak edəcəklər. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan MOK mətbuat xidmətinin məlumatında deyilir.  

"İclasın gündəliyinə digər məsələlərlə yanaşı ilk Avropa Olimpiya Oyunlarının keçirilməsi kimi mühüm məsələ daxil edilib" - deyə, məlumatda qeyd olunub. AOK prezidenti Patrik Xiki başda olmaqla sessiya iştirakçıları Oyunların keçirilməsi üçün tikilən idman bazalarına baş çəkəcək, eləcə də hazırlıq işlərinin gedişi ilə tanış olacaqlar. 

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax və AOK prezidenti Patrik Xiki oktyabr ayının əvvəlində Yerevana səfər ediblər. Burada Ermənistan prezidenti Serj Sarqsyanla görüşdə bildiriblər ki, Avropa oyunlarında Ermənistan idmançıları üçün bütün zəruri şərait təmin olunacaq. 

Birinci Avropa Olimpiya Oyunları 2015-ci il iyun ayının 12-dən 28-dək Bakıda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi