Yuxarı
    Bağlamaq

    Ermənistanın "Bakı-2015"lə bağlı irəli sürdüyü şərt rədd edilib

    Azad Rəhimov: Onlara izah olunub ki, ən təhlükəsiz yer məhz Atletlər Kəndidir

    Bakı. 17 aprel. REPORT.AZ/ Ermənistan nümayəndə heyəti "Bakı 2015" I Avropa Oyunları zamanı Atletlər Kəndində qalmaq istəməyib. "Report" xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

    Nazirin sözlərinə görə, Errmənistan tərəfi səbəb olaraq daha təhlükəsiz məkanda məskunlaşmaq istəyini ifadə edib: "Lakin onlara izah olunub ki, ən təhlükəsiz yer məhz Atletlər Kəndidir. Onlar da bununla razılaşıblar". 

    A.Rəhimov bildirib ki, Avropa Parlametntinin "Xocalı Soyqırımı"nı tanımasından sonra Ermənistan tərəfindən Avropa oyunlarında iştirak edib-etməyəcəkləri barədə heç bir açıqlama gəlməyib: "Son günlər eşidirik ki, Ermənistanın hansısa federasiyası müəyyən səbəblər göstərərək "Bakı 2015"dən imtina edir. Amma biz şayiələrlə yox, rəsmi açıqlamalarla işləyirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi