Ermənistan ​"Bakı 2015"də iştirak edəcək cüdoçuların adlarını açıqlayıb

Ermənistan ​"Bakı 2015"də iştirak edəcək cüdoçuların adlarını açıqlayıb Ermənistan Olimpiya Komitəsinin martın 10-na keçirilmiş iclasında I Avropa Oyunlarında iştirak qərarı qəbul olunub
Avropa Oyunları
10 Aprel , 2015 20:18
Ermənistan ​Bakı 2015də iştirak edəcək cüdoçuların adlarını açıqlayıb

Bakı. 10 aprel. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində keçiriləcək cüdo üzrə qitə çempionatında Ermənistanı 5 cüdoçu təmsil edəcək. "Report"un məlumatına görə, bu barədə Ermənistan Cüdo Federasiyasının vitse-prezidenti David Xitaryan açıqlama verib.

O bildirib ki, həmin idmançılar Ovanes Davtyan (60 kq), Arsen Kazryan (66 kq), David Nikoqosyan (73 kq), Andranik Çaparyan (81 kq) və yeganə qadın cüdoçu qismində Janna Stankoviçdir.

Qeyd edək ki, Ermənistan Olimpiya Komitəsinin martın 10-na keçirilmiş iclasında I Avropa Oyunlarında iştirak qərarı qəbul olunub. Ermənistan cüdodan əlavə, boks, güləş, sambo, taekvondo və atıcılıq növlərində təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi