EOC prezidenti: "II Avropa Oyunları olimpiadadan geri qalmayacaq"

EOC prezidenti: "II Avropa Oyunları olimpiadadan geri qalmayacaq" "Belarus paytaxtının Oyunları ən yüksək səviyyədə keçirəcəyinə şübhələr ola bilməz"
Avropa Oyunları
2 Mart , 2018 15:54
EOC prezidenti: II Avropa Oyunları olimpiadadan geri qalmayacaq

Bakı. 2 mart. REPORT.AZ/ Avropa Olimpiya Komitələrinin (EOC) Koordinasiya Komissiyası "Minsk-2019" II Avropa Oyunlarına hazırlığın gedişini yoxlamağa başlayıb.

"Report"un Oyunların rəsmi saytına istinadən verdiyi məlumata görə, EOC ekspertləri Belarus paytaxtına səfər çərçivəsində Əməliyyat Komitəsinin menecer və mütəxəssisləri ilə işgüzar görüşlər keçirəcəklər. Onlar yerli və respublika idarəetmə orqanları ilə bir sıra qarşılıqlı əməkdaşlıq məsələlərini, idman obyektlərinin hazırlığını, təntənəli mərasimlərin təşkilini, rəsmi teleyayımçının texniki tələblərinin təmin olunmasını və s. müzakirə edəcəklər.

EOC prezidenti Yanez Kotsiançiç bildirib ki, miqyası və təşkilatçılıq səviyyəsi baxımından II Avropa Oyunları olimpiadadan geri qalmayacaq: "Hazırkı mərhələdə Belarus paytaxtının Oyunları ən yüksək səviyyədə keçirəcəyinə şübhə ola bilməz".

Qeyd edək ki, martın 3-də Koordinasiya Komissiyası səfərə yekun vuracaq və II Avropa Oyunlarının Təşkilat Komitəsinin işini qiymətləndirəcək. II Avropa Oyunları 20 - 30 iyun 2019-cu ildə keçiriləcək. Oyunlar zamanı 15 idman növü və 23 istiqamət üzrə 189 dəst medal sahibini tapacaq.

Son xəbərlər

Orphus sistemi