Elvin Məmişzadə: "Qələbəmi səngərdə olan əsgərlərə həsr edirəm"

Elvin Məmişzadə: "Qələbəmi səngərdə olan əsgərlərə həsr edirəm" 52 kq çəkidə birinci olan əlcək sahibi qızıl medal qazandığı üçün sevindiyini deyib
Avropa Oyunları
26 İyun , 2015 20:04
Elvin Məmişzadə: Qələbəmi səngərdə olan əsgərlərə həsr edirəm

Bakı. 26 iyun. REPORT.AZ/ "Final döyüşü normal keçdi. Rəqibimi əvvəlcədən tanıdığım üçün rahat oldu". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015"də boks üzrə qızıl medal qazanmış Elvin Məmişzadə deyib.

52 kq çəkidə birinci olan əlcək sahibi qızıl medal qazandığı üçün sevindiyini deyib. O, bildirib ki, digər döyüşlərlə müqayisədə final görüşü asan keçib.

E.Məmişzadə qızıl medalı kimə həsr etdiyini də açıqlayıb: "Qələbəmi ilk olaraq ailəmə həsr edirəm. Bundan başqa bu gün silahlı qüvvələr günüdür. Bu səbəbdən qızıl medalı bütün səngərdə olan qardaşlara həsr edirəm".

Son xəbərlər

Orphus sistemi