Elvin Məmişzadə: "Prezident mənə dedi ki, layiqli qələbə qazandın"

Elvin Məmişzadə: "Prezident mənə dedi ki, layiqli qələbə qazandın" "Heç kim istəməzdi ki, qızıl medalı rəqibə verim"
Avropa Oyunları
27 İyun , 2015 13:48
Elvin Məmişzadə: Prezident mənə dedi ki, layiqli qələbə qazandın

Bakı. 27 iyun. REPORT.AZ/ "Qızıl medalın bir addımlığında idim, heç kim istəməzdi ki, onu rəqibə verim. Əlbəttə, var gücümlə döyüşüb qələbə qazanmaq istəyirdim".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015"də qızıl medal qazanmış Azərbaycan boksçusu Elvin Məmişzadə deyib. 

24 yaşlı idmançı bildirib ki, italiyalı Vinçentso Pikardi ilə 52 kq çəki dərəcəsindəki final görüşü elə də asan keçməyib. E.Məmişzadə rəqibinin güclü oduğunu söyləsə də, onunla döyüşün asan alındığını vurğulayıb. 

E.Məmişzadə mükafatlandırma mərasimindən də danışıb: "Prezident İlham ƏIiyev məni qızıl medal qazanmağım münasibətilə təbrik etdi. Dedi ki, layiqli qələbə qazandın". 

Son xəbərlər

Orphus sistemi