Elnur Amanov: "Daha çox medal qazana bilərdik"

Elnur Amanov: "Daha çox medal qazana bilərdik" "Azərbaycan taekvandoçuları 3 dünya çempionuna qalib gəlib"
Avropa Oyunları
20 İyun , 2015 13:26
Elnur Amanov: Daha çox medal qazana bilərdik

Bakı. 20 iyun. REPORT.AZ/ "Biz birinci Avropa Oyunlarının nəticələrindən çox razıyıq. 3 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olduq. Lakin daha çox medal qazana bilərdik".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın taekvondo üzrə böyük məşqçisi Elnur Amanov deyib.

Yarışlar barədə danışan məşqçi bildirib ki, bütün döyüşlər yaddaqalan olub. O qeyd edib ki, I Avropa Oyunlarında Azərbaycan taekvandoçuları 3 dünya çempionuna qalib gəlib.

Gələcək planlarından danışan məşqçi iyunun 29-dan idmançıların məşqlərə başlayacaqlarını söyləyib.

Son xəbərlər

Orphus sistemi