​Efiopiya mətbuatında "Bakı 2015"in möhtəşəm bağlanış mərasimi ilə bağlı məqalə dərc olunub

​Efiopiya mətbuatında "Bakı 2015"in möhtəşəm bağlanış mərasimi ilə bağlı məqalə dərc olunub Bu ölkənin "The Ethiopian Herald” qəzetində “Bakı 2015"i möhtəşəm bağlanış mərasimi ilə başa çatdı” başlıqlı məqalə verilib
Avropa Oyunları
2 İyul , 2015 13:17
​Efiopiya mətbuatında Bakı 2015in möhtəşəm bağlanış mərasimi ilə bağlı məqalə dərc olunub

Bakı. 2 iyul. REPORT.AZ/ Efiopiyanın aparıcı mətbuat orqanı olan “The Ethiopian Herald” qəzetində Bakı 2015"i möhtəşəm bağlanış mərasimi ilə başa çatdı” başlıqlı məqalə dərc olunub. 

Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumatına görə, məqalədə iyunun 28-də Bakı Olimpiya Stadionunda təşkil edilən “Bakı 2015" ilk Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi haqqında məlumat verilib.

Müəllif məqalədə “Bakı 2015" ilk Avropa Oyunlarında 6 min idmançının iştirak etdiyini bildirib, qazanılmış medalların sayına görə Rusiya, Azərbaycan və Böyük Britaniyanın cədvələ başçılıq etdikləri qeyd olunub.

Məqalədə məşhur Britaniya müğənnisi və musiqiçisi Con Nyuman və digər məşhurların ifasında stadiona toplaşmış tədbir iştirakçıları və 17 gün ərzində bütün dünyada "Bakı 2015" Avropa Oyunlarını izləyən milyonlarla tamaşaçı üçün möhtəşəm bağlanış mərasiminin keçirildiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi