​Dünya çempionatının finalçısı: "Hədəfim "Bakı 2015"də qızıl medal qazanmaqdır"

​Dünya çempionatının finalçısı: "Hədəfim "Bakı 2015"də qızıl medal qazanmaqdır" Rıza Kayaalp rəqiblərinə "gözdağı" vermək istəyir
Avropa Oyunları
3 Mart , 2015 11:26
​Dünya çempionatının finalçısı: Hədəfim Bakı 2015də qızıl medal qazanmaqdır

Bakı. 3 mart. REPORT.AZ/ Türkiyənin yunan-Roma güləşçisi Rıza Kayaalp "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanmağı hədəfləyib. "Report"un məlumatına görə, bu barədə pəhləvanın özü "Sabah"a açıqlama verib.

R.Kayaalp bildirib ki, çempionluq hər bir idmançının arzusudur: "Avropa Oyunları ilk dəfə keçiriləcək. Bir çox idman növü üzrə xeyli sayda idmançınn yarışacağı Oyunlarda qızıl medal qazanaraq, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya yolunda ilk uğurlu addımı atmaq istəyirəm. Bundan sonra isə dünya çempionatı keçiriləcək. Burada da rəqiblərimə gözdağı vermək istəyirəm. İki ildir dünya çempionatının finalında uduzuram. İnanıram ki, bu dəfə Türkiyə bayrağını dalğalandırıb, himnimizi səsləndirəcəyəm".

Qeyd edək ki, I Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar 13-14 iyunda keçiriləcək. Rıza Kayaalp ən ağır çəkidə çıxış edir. O, dünya və 4 qat Avropa çempionu, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. 

Son xəbərlər

Orphus sistemi