"​Daily Star" Bakı və qarşıdakı I Avropa oyunları haqqında məqalə yazıb

"​Daily Star" Bakı və qarşıdakı I Avropa oyunları haqqında məqalə yazıb "Şərqin Qərblə görüşdüyü Bakı inkişaf edən şəhərdir"
Avropa Oyunları
16 Aprel , 2015 13:38
​Daily Star Bakı və qarşıdakı I Avropa oyunları haqqında məqalə yazıb

Bakı. 16 aprel. REPORT.AZ/ Bakı bu gün iyunun 12-də başlayacaq və 20 müxtəlif idman növünü əhatə edəcək I Avropa oyunları ilə yaşayır. 

"Report" xəbər verir ki, bu barədə "Daily Star" jurnalında dərc edilən Bakı və I Avropa oyunlarına həsr olunan məqalədə deyilir. 

"Şəhərin yeni və ən hündür binalarından olan "Flame Towers" kompleksinin ətrafında hər bir şey kiçik görünür. Gecələr göydələnlərin əyri fasadları böyük displeylərə çevrilir və burada möhtəşəm bir işıq şousu nümayiş olunur. Bu şəhər kökündən dəyişib və bunu hər kəs görməlidir", - məqalədə qeyd olunub.

Müəllif göstərir ki, Bakı bu gün iyunun 12-də başlayacaq və 20 müxtəlif idman növünü əhatə edəcək I Avropa oyunları ilə yaşayır. 

Qarşıdakı oyunlarla əlaqədar ölkə infrastrukturunun inkişafı, Milli Gimnastika Arenası, Velopark VMX, Bakı Akvatika Mərkəzi, Atıcılıq mərkəzi, möhtəşəm Milli stadion və olimpiya şəhərciyi daxil olmaqla, bir sıra idman obyektlərinin tikintisi üzrə böyük tədbirlər həyata keçirib. 

Müəllif, həmçinin qeyd edib ki, gələn il Bakıda "Formula-1" yarışları, 2017-ci ildə isə İslamiada oyunları keçiriləcək. 

Onun fikrincə, şəhərin ən gözəl məkanlarından biri də Heydər Əliyev Mərkəzi və dam hissəsi bükülmüş xalçaya bənzəyən Xalça Muzeyidir. 

"Xəzər dənizində süni adada dünyada ən hündür 189 mərtəbəli göydələnin tikilməsi planlaşdırılır", - müəllif yazıb. 

Məqalədə vurğulanıb ki, yeni nailiyyətlərlə yanaşı əsl gözəllik Köhnə şəhərdə göz önünə gəlir: "Dar, daş döşənmiş və çox sayda küçə satıcıları və çayxanaları olan labirintə bənzər küçələr məni valeh etdi".

"Şərqin Qərblə qovuşduğu Bakı inkişaf edən şəhərdir", - müəllif qeyd edib.

Son xəbərlər

Orphus sistemi