Yuxarı
    Bağlamaq

    Azərbaycan Avropa Oyunlarında daha bir medal qazanıb - FOTOREPORTAJ

    Bakı 2015 I Avropa Oyunlarında triatlon idmanı yarışları keçirilib

    Bakı. 14 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan milli komandası daha bir medal qazanıb. "Report"un məlumatına görə, təşkilatçı ölkənin aktivinə 8-ci medalı triatlon növündə Rostislav Pevtsov yazdırıb.

    28 yaşlı idmançı üzgüçülük məsafəsini 19 dəqiqə 30 saniyəyə, velosipedsürmə məsafəsini 57 dəqiqə 44 saniyəyə, qaçış məsafəsini isə 30 dəqiqə 40 saniyəyə qət edib. Nəticədə o, 3 hərəkətin cəmində 1 saat 49 dəqiqə 4 saniyə nəticə ilə bürünc medala sahib olub.

    Böyük britaniyalı Qordon Benson 1 saat 48 dəqiqə 31 saniyə göstərici ilə qızıl, portuqaliyalı Joao Silva isə 1 saat 48 dəqiqə 42 saniyə nəticə ilə gümüş medal əldə edib.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş, 4 bürünc medal var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi