"Minsk 2019": Azərbaycanın 7 cüdoçusu çıxışını başa vurub - YENİLƏNİB-3

"Minsk 2019": Azərbaycanın 7 cüdoçusu çıxışını başa vurub - YENİLƏNİB-3 Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva “Minsk 2019” II Avropa Oyunlarında bürünc medal qazanmaq şansını əldən verib.
Avropa Oyunları
22 İyun , 2019 16:28
Minsk 2019: Azərbaycanın 7 cüdoçusu çıxışını başa vurub - YENİLƏNİB-3

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva “Minsk 2019” II Avropa Oyunlarında bürünc medal qazanmaq şansını əldən verib.

“Report”un məlumatına görə, 52 kq çəkidə mübarizə aparan idmançı təsəlliverici görüşdə italiyalı Odetta Quiffrida uduzub.

Qeyd edək ki, Azərbaycanın cüdo yığmasının bu gün mübarizə aparan digər 6 üzvü də medal qazana bilməyib.


15:26***

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva “Minsk 2019” II Avropa Oyunlarında 1/4 finalda uduzub.

“Report” xəbər verir ki, 52 kq çəkidə mübarizə aparan idmançı polşalı Aqata Perentslə (Polşa) bacarmayıb. O, təsəlliverici görüşdə italiyalı Odetta Quiffrida ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın cüdo yığmasının bu gün mübarizə aparan digər 6 üzvü medal şansını itirib.


14:42***

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva “Minsk 2019” II Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, 52 kq çəkidə mübarizə aparan idmançı əvvəlcə Katri Kakkonu (Finlandiya), ardınca Çarlin Van Sniki (Belçika) məğlub edib. O, 1/4 finalda Aqata Perentslə (Polşa) qarşılaşacaq.

Digər cüdoçulara gəlincə, 52 kq çəkidə çıxış edən Aleksandra Larisa Florian 1/16 finalda Karolina Pienkovskaya (Polşa) uduzub.

48 kq-da Aleksandra Popu (Rumıniya) üstələyən Aişə Qurbanlı 1/8 finalda Xulian Fiqeroanı keçə bilməyib. 57 kq çəkidə İçinxorlu Munxtsedev isə 1/16 finalda Eteri Lipartelianiyə (Gürcüstan) yenilib.

Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Kəramət Hüseynov Matyaj Trbovçdan (Sloveniya) güclü olsa da, 1/8 finalda Tornike Tsjkodaeaya uduzub. Eyni çəkidə Orxan Səfərov isə David Starkeli (Sloveniya) keçsə də, 1/8 finalda Yorri Vestraetenlə bacarmayıb.

66 kq çəkidə yarışan Nicat Şıxəlizadə isə ilk görüşdə Boqdan İadova (Ukrayna) məğlub olub.

Beləliklə, ikinci yarış günündə mübarizə aparan 7 cüdoçudan yalnız 1-i medal şansını saxlayıb.

Son xəbərlər

Orphus sistemi