Yuxarı
    Bağlamaq

    Cüdoçu Elmar Qasımova Azərbaycan bayrağı təqdim olunub - FOTO

    O isə bayrağı Atletlər Kəndinə aparıb

    Bakı. 11 iyun. REPORT.AZ/ Milli Olimpiya Komitəsində "Bakı 2015" I Avopa Oyunlarının bayraqdarına Azərbaycan bayrağının təqdimetmə mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbirdə Olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurov çıxış edərək, əvvəlki Yay Olimpiya Oyunlarında Azərbaycan bayrağını daşıma şərəfinə nail olduqlarını xatırladıblar. 

    Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun çıxışlarından sonra yeni bayraqdarın adı açıqlanıb. Bu, 2015-ci ildə cüdo üzrə keçirilmiş bütün mötəbər yarışlarda qızıl medal qazanmış "Neftçi" İdman Klubunun yetirməsi Elmar Qasımovdur. E.Qasımova Azərbaycan dövlət himninin sədaları altında bayraq təqdim olunub. O isə bayrağı Atletlər Kəndinə aparıb.

    Qeyd edək ki, Azərbaycan yığmasının bayraqdarı iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış mərasimində bayrağı daşıyacaq.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi