Yuxarı

​Elvin Məmişzadə: "Himnimizi səsləndirib, bayrağımızı yüksəltmək istəyirəm"

Finala yüksələn Azərbaycan boksçusu sevincini jurnalistlərlə bölüşüb

Bakı. 25 iyun. REPORT.AZ/ "Döyüş çox ağır keçdi. İlk iki raundda bərabər idik. Sonuncu raundda isə bütün gücümü toplayaraq rəqibim üzrəində qələbə qazandım". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarının finalına vəsiqə qazanan boksçu Elvin Məmişzadə deyib.

52 kq çəki dərəcəsində mübarizə aparan boksçu finala yüksəldiyi üçün sevindiyini dilə gətirib: "Çempionluğun bir addımlığındayam. Çünki artıq finalda döyüşəcəyəm. Çalışacağam ki, bundan sonra da qələbə qazanım. Çempion olmaq, himnimizi səsləndirib, bayrağımızı yüksəltmək istəyirəm. Finaldakı rəqibim italiyalı boksçu olacaq. Buna baxmayaraq, qələbə qazanmağa çalışacam".

Qeyd edək ki, Elvin Məmişzadə 52 kq çəki dərəcəsində finala yüksəlib. O, yarımfinal mərhələsində almaniyalı Hamza Toubanı məğlub edib - 2:1. Həlledici görüşdə boksçumuz Vinçenzo Pikardi (İtaliya) ilə qarşılaşacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi