Yuxarı

​Camaləddin Məhəmmədov: "Bu gün rəqibim məndən daha yaxşı idi"

Mənim üçün ilk Avropa Oyunlarının bürünc medalı çox əhəmiyyətlidir

Bakı. 18 iyun. REPORT.AZ/ "Mənim üçün ilk Avropa Oyunlarının bürünc medalı çox əhəmiyyətlidir. Çünki biz buna çox hazırlaşırdıq və medalı əldə etmək istəyirdik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 125 kq. çəki dərəcəsində sərbəst güləş üzrə bürünc medal qazanmış Cəmaləddin Məhəmmədov deyib.

O, bildirib ki, qızıl medal qazanmaq istəsə də, bu alınmadı:

"Hədəflərimdən biri də qızıl olmadığı təqdirdə bürünc medal idi. Məni dəstəkləyən azarkeşləri məyus etmək istəmirdim. Üstəlik Oyunlar öz ölkəmdə keçirilirdi. Bürünc medalı qazanmaqda onların böyük dəstəyi oldu. Bütün gücümdən istifadə etsəm də, qızıl medal alınmadı. Bu gün rəqibim məndən daha yaxşı idi. Bundan sonra hazırlaşacağam, Dünya çempionatında və olimpiadalarda iştirak edəcəyəm".

Bürünc medalçı rəqibi haqda da fikir söyləyib:

"Əvvəllər də finaldakı rəqibimlə üz-üzə gəlmişdim və uduzmuşdum. İnanıram ki, ondan revanş alacağam. Hər bir idmançını udmaq olar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi