Azərbaycan gimnastı İlya Qrişunin ​"Bakı 2015"də bürünc medal qazanıb

Azərbaycan gimnastı İlya Qrişunin ​"Bakı 2015"də bürünc medal qazanıb Svetlana Makştarova isə qadınların mübarizəsində 5-ci yeri tutub
Avropa Oyunları
21 İyun , 2015 11:01
Azərbaycan gimnastı İlya Qrişunin ​Bakı 2015də bürünc medal qazanıb

Bakı. 21 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişi və qadınlar arasında batut gimnastikası yarışlarına yekun vurulub. "Report"un məlumatına görə, kişilərin mübarizəsində Azərbaycan təmsilçisi İlya Qrişunin bürünc medal qazanıb. 

26 yaşlı idmançının çıxışı 58,765 xalla qiymətləndirilib. Qızıl medala rusiyalı Dmitri Uşakov (60,090 xal), gümüş medala isə belaruslu Vladislav Xançarov (59,380 xal) layiq görülüb. 

Qadınların mübarizəsində də qalib adını rusiyalı Yana Pavlova qazanıb. O, 54.335 xalla birinci yeri tutub. Gümüş medala 53.910 xalla ingiltərəli Katerina Driskol, bürünc medala isə belaruslu Hanna Harçonak sahib çıxıb. Azərbaycan gimnastı Svetlana Makştarova isə aktivinə 52.598 xal yazdıraraq, 5-ci yerlə kifayətlənib. 

*** 08:45

Bu gün " Bakı 2015" I Avropa Oyunlarında gimnastika yarışlarına yekun vurulacaq. "Report"un məlumatına görə, ümumilikdə 16 medal dəsti öz sahibini tapacaq.

Akrobatika, batut və bədii gimnastika üzrə yarışların hamısında Azərbaycan idmançıları da medallar uğrunda yarışacaq. Akrobatika gimnastikasında qadınlar qrupları arasında balans və temp hərəkətlərinin finalında Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova iştirak edəcəklər. Qarışıq cütlükdə isə Uliana Diakova və Anatoli Leonov medal uğrunda mübarizə aparacaqlar.

Bədii gimnastikada fərdi həlqə, top və lentlə çıxışlarda Marina Durunda Azərbaycanın aktivinə növbəti medalı yazdırmağa çalışacaq.

Kişilər arasında batut gimnastikasının finalında İlya Qrişunin tamaşaçılar önünə çıxacaq. Qadınların yarışında isə Svetlana Makştarova çıxış edəcək.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarının gimnastika yarışlarında Azərbaycan artıq 7 medal (1 qızıl, 2 gümüş və 4 bürünc) qazanıb.

Son xəbərlər

Orphus sistemi