​BMX velosiped idmanı yarışlarının qalibləri müəyyənləşib

​BMX velosiped idmanı yarışlarının qalibləri müəyyənləşib Azərbaycan nümayəndələri bu yarışlarda iştirak etməyiblər
Avropa Oyunları
28 İyun , 2015 18:44
​BMX velosiped idmanı yarışlarının qalibləri müəyyənləşib

Bakı. 28 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində Veloparkda qadınlar və kişilər arasında BMX velosiped idmanı üzrə final yarışları keçirilib. "Report"un məlumatına görə, əvvəlcə starta qadın velosipedçilər çıxıblar.

Danimarka nümayəndəsi Simona Kristensen qızıl medal qazanıb. Fransalı Maqali Porttiyer ikinci nəticə göstərib. Çexiya nümayəndəsi Aneta Xladikova üçüncü yerdə qərarlaşıb.

Kişilərin yarışında qızıl medalı fransalı Jores Daudet qazanıb. Hollandiyalı Tvan Van Gendt ikinci, İsveçrə nümayəndəsi David Qraf üçüncü yerləri tutublar.

Azərbaycan nümayəndələri bu yarışlarda iştirak etməyiblər.

Son xəbərlər

Orphus sistemi