Yuxarı

BMT baş katibinin idman məsələləri üzrə xüsusi müşaviri Azərbaycana səfər edəcək

Bakıdakı Avropa Oyunları idman vasitəsilə sülh, harmoniya, həmrəylik və tolerantlığın inkişafı üçün daha bir imkan olacaq

Bakı. 29 aprel. REPORT.AZ/ BMT baş katibinin idman məsələləri üzrə xüsusi müşaviri Uilfrid Lemke iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək. 

"Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, U.Lemke oyunların açılışında iştirak edəcək, yarışları izləyəcək, eləcə də Azərbaycanın rəsmi şəxsləri, oyunların təşkilat komitəsi, Avropa Olimpiya Komitəsi ilə bir sıra görüşlər keçirəcək. 

"Bakıda baş tutacaq ilk Avropa Oyunları idman vasitəsilə sülh, harmoniya, həmrəylik və tolerantlığın inkişafı üçün daha bir imkan və yeni platforma olacaq. Mən bu tarixi hadisəni səbirsizliklə gözləyirəm", - U.Lemke qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi